Bu gün İmişli rayonu Bəhramtəpə qəsəbəsi ərazisində baş verən yol nəqliyyat hadisəsi zamanı avtomobil qaz tənzimləyici şkafa çırpılıb.

Bu barədə Open.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Nəticədə qaz tənzimləyicisi yararsız hala düşüb və bu zaman 1 000-dən çox abonentin qaz təchizatının müvəqqəti olaraq dayandırılmasına zərurət yaranıb.

Hadisənin fəsadları aradan qaldırılır.