"İldə bir milyona yaxın insanı məhkəmə işləri əhatə edir".

Open.az-ən xəbərinə görə, bunu Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinin rəisi Elçin Qasımov Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şürasının birgə təşkilatçılığı ilə “İnsan hüquqlarının qorunması media müstəvisində" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, hakimlərin ağır iş yükü var və hər hakim ayda 100-ə yaxın işə baxır.