Ağdam rayonunda idarə rəisi minaya düşüb.

Open.az xəbər verir ki, Trend-in məlumatına görə, Ağdam rayonu Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzizzadə rayonun işğaldan azad olunan Novruzlu kəndində xidməti vəzifəsini yerinə yetirərkən minaya düşüb.

Hadisə nəticəsində idarə rəisi ağır xəsarətlərlə xəstrəxanaya yerləşdirilib. Hazırda idarə rəisinin vəziyyəti ağır qiymətləndirilir.

İdarə rəisi minaya düşüb, vəziyyəti ağırdır (FOTO) - Gallery Image