Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Open.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda olub.

Xəlilov Rahib Bəybala oğlu idarə etdiyi "Hyundai Tucson" markalı 90 BM 329 dövlət nömrə nişanlı avtomobillə Ə.Ələkbərov küçəsində hərəkətdə olarkən Təhmirazov Ramin Əli oğlunun idarə etdiyi 10 B 619 dövlət nömrə nişanlı motosikletlə toqquşub.

Hadisə nəticəsində motosikletdə olan sərnişin, 1997-ci il təvəllüdlü Əsgərov Xəyal Səbuhi oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib.

Araşdırmalar zamanı müəyyən olunub ki, R.Təhmirazovun motosiklet sürmək hüququ olmayıb.

Faktla bağlı cinayət işi başlanıb.