Hindistanın qərbindəki Qucarat ştatında kimya zavodunda baş vermiş partlayış nəticəsində azı 5 nəfər həlak olub.

Open.az xəbər verir ki, hadisə nəticəsində 57 nəfər xəsarət alıb.

Partlayışdan sonra zavodda yanğın başlayıb. Hadisə yerinə 15 yanğınsöndürən maşın cəlb edilib.

Zavodun yaxınlığında yerləşən yaşayış məntəqələrindən 5 minə yaxın sakin təxliyə edilib.