Prezidentin köməkçisi Hikmət Hacıyev işğalçı Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində həlak olan 13 yaşlı Artur Mayakovla bağlı paylaşım edib.

Open.az xəbər verir ki, Hikmət Hacıyev öz tvitter hesabında kilsədən görüntülər paylaşaraq bu fikirləri qeyd edib:

“Gəncə: Aleksandr Nevski kilsəsi, Ermənistanın Gəncəyə ballistik raket zərbəsi nəticəsində həlak olan Rusiya vətəndaşı Artur Mayakov üçün anım mərasimi. Əziz Artur, qəbrin nurla dolsun”.

Xatırladaq ki, 17 oktyabrda Gəncənin yaşayış məntəqələrinin “SCUD” tipli raketlərdən atəşə tutulması nəticəsində ağır yaralanmış Rusiya Federasiyası vətəndaşı, 2007-ci il təvəllüdlü Mayakov Artur Vasilyeviç həkimlərin səylərinə baxmayaraq oktyabrın 24-də stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. A. Mayakov Gəncəyə bibisigilə qonaq gəlmişdi.