Dişi ağrıdığına görə xəstəxanaya gedən şəxs həbsxanalıq olub. Open.az xəbər verir ki, İzmirdə yaşayan 33 yaşlı H.Taş xəstəxananın təcili tibbi yardımında gecə növbəsindəki həkimə yaxınlaşaraq şikayətini bildirib. Lakin həkim ambulator yardım gözləyən daha ağır xəstələrin olduğunu bildirərək, gözləməsini xahiş edib. Bundan əsəbiləşən xəstə təkidlə həkimdən onu birinci qəbul etməsini istəyib.

Həkimin ona əhəmiyyət vermədiyini gördükdə isə, söyüş söyməyə başlayıb. Bu zaman həkim polis çağıraraq şikayət edib. Məsələyə məhkəmə tərəfindən baxılıb və H.Taşa həkimi söyüb təhqir etdiyi üçün 11 ay, 20 gün həbs cəzası alıb. (Medicina.az)