Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən Emin Mərdanov və Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Open.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökme oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasə iki təqsirləndirilən şəxs 2 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E. Mərdanov və E. Hüseynov Bakıda tanışları Sədyar Salayevi hədələyərək, ondan 15 min manat pul tələb ediblər. Belə ki z ərərçəkmiş S. Salayev çalışdığı obyektdə qonşusunun pivə oğurladığından şübhələnib və bu barədə tanışları E.Mərdanovla E.Hüseynova deyib. Lakin o, qonşusuna bu barədə heç nə deməməyi xahiş edib. Daha sonra həmin şəxslər S.Salayevə onun dediyi sözü qonşusuna deyəcəkləri ilə bağlı hədələyiblər və ondan 15 min manat pul tələb ediblər. S.Salayev əvvəl E.Mərdanovla E.Hüseynova 7 min 500 manat pul verib. Həmin şəxslər zərərçəkmişdən növbəti dəfə pul tələb edən zaman o, hüquq-mühafizə orqanlarına müracət edib. S.Salayev həmin şəxlərlə növbəti görüşdə 2000 dollar pul verib. Bu zamam hüquq-mühafizə orqanları əməkdaşları E.Mərdanovla E.Hüseynovu saxlayıb. Onların barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Səlcuq Elçin