Türkiyənin Mersin şəhərində həbsxanadan azadlığa çıxan keçmiş məhbus, dələduzluq edərək, yenidən cəza evinə qayıdıb.

Open.az xəbər verir ki, həbsxanada jelatinlə üzərini örtdüyü mərmər parçalı alışqanı qızıl külçəsi adı ilə satmağa çalışan dələduz, istəyini həyata keçirməyə nail olub. Belə ki, qızıl külçəsinə bənzəyən alışqanı 3700 lirəyə satdıqdan qısa müddət sonra polislər keçmiş məhbusu yaxalaya biliblər.

Ülviyyə Həsənqızı

Həbsxanadan çıxdı, qızıl adı ilə alışqanı satdı