Hacıqabul rayonunun Meyniman kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, aprelin 24-də saat 13 radələrində Hacıqabul rayonunun Meyniman kəndi ərazisində Axtaçı Şirvan kənd sakini C.Quliyev idarə etdiyi “QAZ-3110” markalı avtomobillə evinin qarşısında dayanmış kənd sakinləri Esmira Əhədovanı və onun azyaşlı oğlunu vurub.

Nəticədə E.Əhədova hadisə yerində ölüb, uşaq xəstəxanaya yerləşdirilib.

Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.