Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "QAZ-3110" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Open.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindən 360 ədəd "Azilect", 5 qutu "Flixotide 125 mcg", 5 qutu "Phosphosoda", 336 ədəd " Plavix 75 mg", 200 ədəd "Casodex", 200 ampula "Dodex 1000mcg/ml", 400 ədəd "Beloc 50 mg", 540 ədəd "Diamicron MR 60 mg", 4 ampula "Netildex", 240 ədəd "Ferro Sanol duodenal", 240 ədəd "Diltizem 90 mg" adlı dərman vasitələri, həmçinin 3 ədəd "Rectoderm" kremi, 15 ədəd üzərində "GüçMatik" yazılan telefon qidalandırıcısı və ona məxsus 18 ədəd yükləyici, 12 ədəd USB aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Gürcüstandan gələn avtomobildə dərman vasitələri və mobil telefon aksesuarları aşkarlanıb

Gürcüstandan gələn avtomobildə dərman vasitələri və mobil telefon aksesuarları aşkarlanıb