Bakıda Gürcüstan vətəndaşı olan 1991-ci il təvəlülüdlü Liya Qaradaşvili (ad soyad şərtidir) zorlamağa cəhddə təqsirləndirilən Saleh Quliyev barəsində aparılan ibtidai istintaq başa çatıb.

Open.az-ın məlumatına görə, Saleh Quliyev barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əlövsət Abbasovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu il Xəzər rayonu Qala qəsəbəsində baş verib. İşdən evə qayıdan Liya Qaradaşvili evlərində fəhlə işləyən S. Quliyevin hücumuna məruz qalıb.

Təcavüzə məruz qalan qadının səs-küyünə gələn qonşular onu fəhlənin əlindən ala biliblər. Hadisə ilə bağlı dərhal polisə məlumat verilib.

S. Quliyev saxlanılıb və ona Cinayət Məcəlləsinin 29.149-cu(zorlamağa cəhd) maddəsi ilə ittiham verilib.

Onu da qeyd edək ki, Gürcüstan vətəndaşı olan 1991-ci il təvəlülüdlü Liya Qaradaşvili 2008-ci ildən Azərbaycanda yaşayır.

Səlcuq Elçin