Göyçayda 6 nəfərin bank hesabından pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş R.Kərimlinin ətrafında Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon sakinləri olan daha 6 nəfərin bank hesablarından pul çıxararaq oğurlaması da müəyyən edilib.

Araşdırma aparılır.