Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması nəticəsində dağıntılar altında qalan şəxslərin xilasetmə əməliyyat tədbirləri davam edir.

Open.az xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) əmakdaşları həmin ərazidəki dağıntıları aradan qaldırır.

Məlumata görə, bir neçə şəxsin dağıntılar altında qaldığı bildirilir.

Hazırda onların xilasedilməsi üçün tədbirlər görülür.