Gəncə şəhəri Nizami küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Open.az xəbər verir ki, qəza fevralın 16-da saat 7 radələrində qeydə alınıb.

Samux rayon sakini Əhməd Mustafayev idarə etdiyi “İsuzu” markalı xətt avtobusu ilə yolu keçən şəhər sakini Eldar Abbasovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Gəncə ŞBPİ tərəfindən araşdırma aparılır.