Gədəbəy rayonunun Şəkərbəy kəndində yanğın baş verib.

Open.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 62 kv/m olan birmərtəbəli evin çardağının yanar konstruksiyaları 30 kv/m sahədə və 1 otağının tavanı 20 kv/m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.