Ötən gecə Bakıda döyülmə faktı qeydə alınıb.

Open.az Trend-ə istinadən xəbər verir ki, hadisə saat 22 radələrində Binəqədi rayon, 1-ci mədəndə baş verib. Evinin yaxınlığında döyüldünü deyən 2004-cü il təvəllüdlü Əliyeva Zeynəb Şahvələd qızı təcili yardımla 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Ona alın nahiyəsinin yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub.

Hazırda həkim nəzarətində müalicə alan Z.Əliyevanın vəziyyəti normaldır.