Fransanın Ruan şəhəri yaxınlığında kimya zavodunda partlayış olub.

Open.az xəbər verir ki, partlayışdan sonra yanğın başlayıb.

Zavodun bütün işçiləri təxliyə edilib, xəsarət alanların olmadığı deyilir.

Yanğının söndürülməsi üçün əraziyə çoxlu sayda yanğınsöndürən cəlb edilib. Zavodun ətrafında 500 metrlik təhlükəsizlik perimetri yaradılıb.