Fransanın şərqindəki Venzel şəhərində bir sürücü avtomobili kütlənin üzərinə sürüb.

Open.az-ın məlumatına görə, hadisə nəticəsində 15 nəfər xəsarət alıb.

Xəsarət alanların vəziyyəti yüngül qiymətləndirilir.

Qeyd olunur ki, hadisə sürücünün yaxınlıqdakı restoranın bir qrup müştərisi ilə mübahisəsi zəminində baş verib. Polis sərxoş vəziyyətdə olan 20 yaşlı sürücünü saxlayıb.