Bakıda evdən 79 yaşlı kişi meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Open.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1940-cı il təvəllüdlü Atakişiyev Qorxmaz Ələkbər oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.