Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu yenidən atəşə tutur.

Open.az xəbər verir ki, bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Oktyabrın 12-si səhər saatlarından etibarən düşmən yenidən dinc sakinləri hədəf alaraq, Tərtər rayonun ətraf kəndlərinə ağır artilleriya ilə 20-dən çox top mərmisi atıb. Nəticədə Kəngərli kənd sakini xəsarət alıb, mülki evlərə ziyan dəyib.