Ermənistan silahlı qüvvələri Tərtər rayonunda jurnalistləri atəşə tutub.

Open.az xəbər verir ki, hadisə rayonun Düyərli kəndində baş verib.

Azərbaycan Dövlət Televiziya və Radio Verlilşləri QSC-nin (AZTV) çəkiliş qrupunun olduğu avtomobil qəfil atəşə tutulub.

Hadisə nəticəsində avtomobilin sürücüsü Namiq Qənbərov üz və qarın nayihəsindən xəsarət alıb, maşına ciddi ziyan dəyib. (trend)