Abşeronun Fatmayi qəsəbəsində əri tərəfindən bıçaqlanaraq xəstəxanaya yerləşdirilən hamilə qadının vəziyyəti çox ağırdır.

Bu barədə Open.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumat verilib.

Bildirilib ki, Kliniki Tibbi Mərkəzə aparılan qadın əməliyyat olunub və reanimasiya şöbəsində həkim nəzarətində saxlanılır.

Qeyd edək ki, doqquz aylıq hamilə olan 19 yaşlı Fatmayi qəsəbə sakini Atababayeva Səbinə Ağasəf qızı əri tərəfindən bıçaqlanıb. Uşaq bətndə bıçaq xəsarətlərindən tələf olub.

Gülnar Qafarlı