Axşam saatlarından başlayaraq Gəncə və ətraf rayonlarda güclü külək əsib, dolu düşüb.

Open.az xəbər verir ki, respublikamızın Qərb bölgəsində hava şəraiti kəskin şəkildə dəyişib.

Gəncə şəhər və ətraf rayonlarda güclü külək olub. Külək Gəncədə bir neçə iri gövdəli ağacları aşırıb, budaqları sındırıb. Tovuz, Şəmkir və digər rayonlarda elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Samux-Gəncə avtomobil yolunda aşan ağaclar avtomobillərin hərəkətinə maneə yaradıb.