Əfqanıstanda parlament seçkiləri zamanı törədilən partlayışlar zamanı ölənlərin sayı 44 nəfərə çatıb.

Open.az-ın məlumatına görə, bu barədə "Report" yerli "Pajvok" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, silsilə terror aktları zamanı həmçinin 200-dən çox insan xəsarət alıb.

Terrorçular seçki məntəqələrini və onların ətrafını hədəf seçiblər. Daxili İşlər Nazirliyinin məlumatına görə, terror aktları zamanı onlarla asayiş keşikçisi və bir hərbi qulluqçu həlak olub. Qeyd edilir ki, bu günə qədər 192 silahlı insident qeydə alınıb.

13:27

Əfqanıstanın paytaxtı Kabil şəhərində seçki məntəqəsinin yaxınlığında baş vermiş partlayış nəticəsində 1 uşaq ölüb, 29 nəfər yaralanıb.

Open.az-ın məlumatına görə, "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Emergency" qeyri-hökümət təşkilatından məlumat verilib.

"Mərkəzimizə indiyədək 30 xəstə daxil olub. Onlar arasında bir uşaq var ki, mərkəzə çatdırılanadək yolda dünyasını dəyişib", - təşkilatın "Twitter" səhifəsində qeyd olunub.