Əfqanıstanda "Taliban" terror təşkilatının həyata keçirdiyi hücumda ən az 18 əsgər həyatını itirib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, "Taliban"çılar qərbdə Herat əyalətində gecəyarısı hərbi hissəni hədəf alıb.

Hücumda öldürülən əsgərlərlə yanaşı ən az 20 ordu nümayəndəsinin də təşkilat tərəfindən girov götürüldüyü bildirilib.

"Taliban" girov götürdüyü əsgərləri bir otaqda saxladığı görüntünü "Twitter"də yayımlayıb.

Gülnar Qafarlı