Bakıda əcnəbi vətəndaşın pulunu oğurlayan qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə oğurluqla bağlı müraciət daxil olub.

Polis əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 16-da əcnəbi vətəndaş T.Çodrinin 900 ABŞ dollarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Rəhimova tutulub.

Faktla bağlı araşdırmalara başlanıb.