Ebru Gündeşi Bakıya gətirmək adı ilə 200 min dollarlıq dələduzluq etməkdə təqsirləndirilən “Velizadə prodakşın”ın rəhbəri Tural Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Open.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində g hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Tural Vəlizadə təqsirli bilmədiyini və iş adamlarından pulu borc aldığını söyləyib.

Zərərçəkmiş Rövşən Hacıyevin vəkili Babək Həmidov vəsatət qaldırıb. O, cinayət işində adı şahid qismində keçən Əli Vəliyevin də cinayət məsuliyyətinə cəlb edilməsini istəyib.

Vəkil qeyd edib ki, Ə.Vəliyev iş adamı R.Hacıyevin işçisi olub, T.Vəlizadəni də onunla o tanış edib: "Rövşən müəllimə türkiyəli müğənnilər - Sıla və Ebru Gündeşin Bakıya konsert üçün gətirilməsi təklifini Əli verib. Əli də Rövşən Hacıyevdən ümumilikdə 140 min dollar pul alıb, Turala verib. Tural isə deyir ki, Əli ona ümumilikdə 120 min dollar pul verib. Məhkəmədən xahiş edirik ki, həmin şəxs də cinayət məsuliyyətinə cəlb edilsin".

Dövlət ittihamçısı vəsatətə münasibət bildirmək üçün məhkəmədən vaxt istəyib. Məhkəmənin növbəti iclası yanvarın 25-nə təyin edilib.

Qeyd edək ki, T.Vəlizadə ümumilikdə həmin şəxslərdən 200 min dollar pul alıb. Lakin sonradan vədinə əməl etməyib.

Belə ki, o, azərbaycanlı iş adamlarına Türkiyənin tanınmış müğənniləri Sıla və Ebru Gündeşi Bakıya gətirib, konsert vermələrini təmin edəcəyinə söz verib. T.Vəlizadə ümumilikdə həmin şəxslərdən 200 min ABŞ dolları məbləğində pul alıb, lakin vədinə əməl etməyib.

Zərərçəkmişlərin şikayətləri əsasında saxlanılan T.Vəlizadənin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, T.Vəlizadə “Velizadə prodakşın”ın rəhbəri olmaqla yanaşı, müğənnilik də edir.