Qızına qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Nuşirəvan Hacıyevin barəsində aparılan ibtidai istintaq başa çatıb.

Open.az-ın məlumatına görə, N. Hacıyevin barəsində toplanan cinayət işinin materialları baxılması Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.

Qeyd edək ki, N. Hacıyevin yetkinlik yaşına çatmayan qızı A.H (ad soyad şərtidir) qarşı seksual xarakterli hərəkətlər edib.

Məsələn xəbər tutan qızın anası polis şikayət edib. Şikayət əsasında Nuşirəvan Hacıyev tutulub. Ona Cinayət Məcəlləsinin 150.3.3(təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham verilib.


Səlcuq Elçin