11:53

Fövqəladə Hallar Nazirliyi Bakının Nizami rayonunda baş verən güclü yanğınla bağlı yeni açıqlama yayılıb.

FHN-dən Open.az- verilən məlumata görə, ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının yayılmasının qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Aviasiya dəstəsinin 3 ədəd helikopteri tərəfindən yanğının söndürülməsi üçün tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

***

FHN yanğınla bağlı daha bir məlumat yayıb. Qeyd olunur ki, Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının ətraf ərazilərə yayılmasının və açıq alovun qarşısı alınıb. Hazırda kəşfiyyat, soyutma, gizli yanğın və tüstülənmə mənbələrinin aşkar olunması üçün söküntü işləri aparılır.