Daxili İşlər Nazirliyi (DİN) Bakıda süpürgəçinin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, dekabrın 6-da saat 7 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Samir Dadaşov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə Bakı şəhər sakini Almagül Muradovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzada ölən A.Muradova yol təmizləyirmiş.

Səlcuq Elçin