Daxili İşlər Nazirliyi Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, oktyabrın 10-da saat 6 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisində Saray qəsəbə sakini Faiq Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə xəsarət alan sərnişini, Sumqayıt şəhər sakini Rəcəb Rəsulzadə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzaya düşən şəxslər Penitensiar Xidmətin əməkdaşdaşlarıdır.


Səlcuq Elçin