Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, rayonun Atbulaq qəsəbəsi ərazisində Gəncə şəhər sakini E.Bəylərov idarə etdiyi “KİA” markalı avtomobili yol ayırıcısına vurub, nəticədə sərnişini olan arvadı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.