Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "Mercedes Benz" markalı sərnişin avtobusu saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

Open.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, nəqliyyat vasitəsi rentgen qurğusundan keçirilərkən şübhəli təsvirlər müşahidə olunub.

Qeyd edək ki, avtomobilə gömrük baxışı zamanı nəqliyyat vasitəsinin salonunda oturacaqların alt hissəsində 350 ədəd üzərində "Deposilin Pensilin G Benzatin" yazılan dərman preparatı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.