Bakıda bir nəfər dənizdə boğulub.

Fövqəladə Hallar Nazirliyindən Open.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Səbail rayonu ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən suya düşən şəxsin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.