FHN-in əməkdaşları Xəzər dənizində bir nəfəri xilas edib.

Open.az xəbər verir ki, ötən gün FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mərdəkan sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.

Qeyd edək ki, dünən Şıxov çimərliyində 2004-cü il təvəllüdlü Rusiya vətəndaşı Nikolay Andreyeviç dənizdə batıb.