Daşkəsən rayonunun Quşçu qəsəbəsində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin bir otağında bacanın ətrafı 3 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Open.az-a verilən məlumata görə, evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.