Daha bir azərbaycanlı qadın əri tərəfindən zorakılığa məruz qalıb.

Open.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin Uşaq Sığınacağının sədri Kəmalə Ağazadə məlumat verib.

O, bildirib ki, bu dəfə zorakılıq səbəbi xəyanət olmayıb: "Həmin şəxs arvadını evli olduğu 14 ilin 13 ili ərzində vəhşicəsinə döyüb və saçlarını kəsib: “Növbəti zorakılıq qurbanı... Bu dəfə xəyanət yoxdur, yox! "Moşu" kimi QEYRƏT deyib bağıran "kişilər", "qadınlar" əmin olun xəyanət yoxdur!!!

Amma nə var?!

Kişinin 14 illik ailə həyatının 13 ilində həyat yoldaşına qarşı, şillə, təpik, yumruq, təhqir,"var-yox" və sairə... Hə, yadımdan çıxdı deyim, bir dəfə də saçlarını kəsmək də var "qara bəxtinin" içində...

Amma daha nə var?!

Qadının həmin "tarzançikdən" azyaşlı 2 qızı var... Qadının atası da deyir ki, əgər mənim yanıma qayıtsan, şərtim var!!!

Sənin qızların oxumayacaq!!! Ərindən boşanıb gələcəksənsə bu kənddə sənin qızların oxuya bilməz, kənd camaatı buna pis baxır!!! Eləcə ərə verərik tez bir zamanda rədd olub gedərlər!!!

2 azyaşlının isə 10 və 12 yaşları var...

Di, başlayın hücuma!!!”

Şəfiqə