Çinin cənub-qərbində yerləşən Yunnan əyalətində Su Elektrik Stansiyasında (SES) partlayış nəticəsində 6 nəfər ölüb, 5 nəfər yaralanıb.

Open.az xəbər verir ki, Moszyan qəsəbəsi yaxınlığında yerləşən stansiyada baş verən partlayışın texniki nasazlıq səbəbindən baş verdiyi bildirilib.

Belə ki, su bəndinin havalandırma sisteminin təmizlənməsi zamanı gücla partlayış baş verib. Əraziyə axtarış-xilasetmə qüvvələri cəlb edilib. Ölənlərin sayının artacağı istisna edilməyib.