Çinin cənub-qərbindəki Siçuan vilayətində 5,6 bal gücündə zəlzələ olub.

Open.az Çin Seysmologiya Mərkəzinin məlumatına istinadla xəbər verir ki, yeraltı təkanlar Qanci Tibet muxtar prefekturasının Şiçu rayonunda yerli vaxtla saat 20:23-də (Bakı vaxtı ilə 16:23) baş verib.

Zəlzələ ocağı yer səthindən 10 kilometr dərinlikdə olub. Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.