Azərbaycanda 4 maddə ilə ittiham olunan şəxs tutulub.

Open.az xəbər verir ki, Gəncənin Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il aprelin 19-dan noyabrın 16-dək olan müddətdə rayon ərazisindəki 1 evdən, 1 evin zirzəmisindən, 1 mağazadan və 1 həyətyanı sahədən su mühərriki, tütün məmulatı və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Vüsal Əliyev saxlanılıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, V. Əliyev əvvəllər tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, qəsdən sağlamlığa az ağır zərər vurma, oğurluq və xuliqanlıq maddələrinə görə məhkum olunub.