Ceyranbatan su anbarının yaxınlığında baş verən yanğın söndürülüb.

Bu barədə Open.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos sahəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.