Çexiyanın Litomerjitse şəhəri yaxınlığında tək mühərrikli idman təyyarəsi qəzaya uğrayıb.

Open.az xəbər verir ki, bu barədə ölkə polisinin nümayəndəsi Alyona Bartoşova deyib.

Bildirilir ki, hadisə nəticəsində pilot həlak olub:

"Tək mühərrikli təyyarə Elba çayına çırpılaraq düşüb. Pilot həlak olub. Faciə Litomerjitse şəhəri yaxınlığındakı Kreşitse yaşayış məntəqəsi yaxınlığında baş verib".

İdman təyyarəsinin qəzaya uğramasının səbəbləri hələ müəyyənləşdirilməyib. (Trend)