Cəlilabad rayon sakininin avtomobilindən narkotik vasitə götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, Dövlət Sərhəd Xidməti və Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Qarğılı kəndi ərazisində kənd sakini C.İbiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobildən 1,1 kiloqram tiryək və 193 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə C.İbiyevin sərnişinləri olan 2 nəfərin də narkotik vasitələrin qanunsuz döriyyəsi ilə məşğul olmaları şübhə doğurduğundan saxlanılıblar.