Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini saxlanılıb

Daxili İşlər Nazirliyindən Open.az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini Ə.Qubadov Xətai rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 kiloqram 10 qram heroin götürülüb.