Cəbhəyanı ərazidən silah-sursat aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Open.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Xocavənd RPŞ-nin əməkdaşları xidmətdə olarkən Qaradağlı kəndi ərazisindəki boş sahədən 1 ədəd tək lüləli ov tüfəngi, 1 ədəd nömrəsi silinmiş “Makarov” tapançası, 52 ədəd pulemyot patronları, 3 ədəd boş giliz və 1 ədəd kiçik fişəngatan aşkar edilərək götürülüb.

Faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.