“Gəncəyə olunan raket hücumu nəticəsində hər iki valideynini itirmiş bu məsum uşaqların gözlərində çox böyük bir acı var”.

Open.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev öz tvitter hesabında Gəncənin işğalçı Ermənistan tərəfindən bombalanması zamanı ata-anasını itirən və onları son mənzilə yola salan uşaqlarla bağlı paylaşımnda qeyd edib.

16 yaşlı Sevil və qardaşı 8 yaşlı Hüseyn valideynləri Anar Əliyev və Nurçin Əliyevanın Gəncəyə atılan raket hücumu nəticəsində itiriblər.

Xatırladaq ki, terror hadisəsi nəticəsində həmçinin körpə Nilay da hər iki valideynini itirib. Onun atası Ülvi Ələsgərov, babası Ceyhun Əsgərov və nənəsi Təranə Əsgərova Gəncəyə raket hücumu nəticəsində həlak olmuşdu. Dünən isə anası Əliyeva Günay xəstəxanada həyatını itirib.

Nilayın Gəncə qətliamında həlak olmuş valideynləri: