Oktyabrın 6-sı axşam Bolqarıstanın Ruse şəhərində jurnalist-araşdırmaçı Viktoria Marinova qəddarcasına öldürülüb. Onun 30 yaşı var idi.

Open.az Reuters-ə istinadən xəbər verir ki, bu son il yarım ərzində Avropa İttifaqında öldürülən dördüncü jurnalistdir.

Viktoriya Marinova

Viktoria Marinovanın cəsədi oktyabr ayının 7-si Bolqarıstanın Ruse şəhərinin parklarının birində tapılıb. O, baş xəsarətləri və boğulmadan ölüb. Marinova öldürülməzdən öncə zorlanıb. Onun avtomobilinin açarları, telefonu, eynəyini və bir neçə geyim əşyası götürülüb.

Marinova Rusada TVN özəl kanalında işləyirdi. Öldürülməzdən bir qədər əvvəl o, “Detektor” adlı yeni tok-şou başlatmışdı. Verlişin ilk buraxılışı sentyabrın 30-da yayımlanmışdı. Marina və onun verlişdəki qonaqları – bolqar qəzeti “Buyvol”un jurnalistləri qəzetin verdiyi məlumata görə yerli iş adamları və siyasətçiləri cəlb edən korrupsiya sxemlərinin araşdırılması barədə danışıblar.

Jurnalistlərin fikrincə, layihənin mərkəzində Bolqarıstanda Avropa İttifaqının investisiya layihələri üçün podratçıları seçən konsaltinq şirkətidir. Sentyabrın ortalarında şirkət tərəfindən sənədlərin məhv edilməsinin şahidi olduqdan sonra araşdırmanın müəllifləri 7 saat müddətində həbs edilmişdi. İndi onlar Marinovanın qəddar qətlinin həmin araşdırıma ilə əlaqəli olduğuna əmindirlər.

Siyasətçilər, fəallar və insan haqqları müdafiəçiləri Marinovanın qatilinin tez bir zamanda tapılmasına çağırırlar. İstintaqa ATƏT də nəzarət edir. Bolqarıstanın bəzi şəhərlərində matəm mərasimləri baş verib.

Yan Kuçiak

2018-ci ilin fevral ayında Slovakiyada araşdırmaçı jurnalist Yan Kuçiak nişanlısı ilə birlikdə öldürülüb. Naməlum şəxslər gecə onların evinə gələrək, cütlüyü qətlə yetirib. Polisin verdiyi məlumata görə, onların öldürülməsi 70 min avroya sifariş edilib. Onların ölümündən sonra Slovakiya baş naziri, mədəniyyət naziri və bir sıra digər səlahiyyətli şəxslər istefa edib. Kuçiak Bratislava ilə italyan mafiyasının əlaqələrini araşdırdı. İstintaq müştərinin italyan mafiyası ilə əlaqəli sahibkarın olduğunu düşünür.

Dafne Qalisia

2017-ci ilin oktyabr ayında Maltanın ən məşhur jurnalisti Dafne Karuana Qalisia həlak olub. Qalisia Malta hökümətində korrupsiya hallarını araşdırırdı. O, evini tərk edəndən qısa müddət sonra maşınına yerləşdirilmiş bomba partlayışı nəticəsində həlak olub. Oğlu partlayışa şahid olsa da, ona yardım edə bilməyib. “Panama Arxivi” nəşr olunduqdan sonra, o, Maltanın baş naziri Cozef Muskatın tərəf müqabilləri və həyat yoldaşını Azərbaycan prezidentinin ailəsindən pul alan offşor şirkətlərə sahib olmaqda ittiham etmişdi. Bu şirkətlərin həmçinin Malta pasportlarını satdıqları iddia edilirdi.

Qalisiya digər mövzularla da məşğul olub, məsələn, yerli bankların çirkli pulların yumaqlarını və ya yerli mafiyanın onlayn oyun sənayesi ilə necə əlaqə qurduqları. “The Guardian” qəzeti yazıb ki, onun şəxsi bloqu adətən yerli mətbuatdan daha çox oxucuya sahib idi.

Kim Ual

2017-ci ilin avqustunda İsveç jurnalisti Kim Ualı ixtiraçı Piter Madsen evdə hazırlanmış sualtı qayıqda hissələrə bölünərək öldürüb. Onun qolu, başı və ayağı olmayan bədəni itkin düşəndən 11 gün sonra, avqustun 21-də Kopenhaqen yaxınlığındakı Amaqer adasında tapılıb. Bədənə suda batmasına yardım edəcək ağır obyektlər bağlanmış olub. Bir qədər sonra dalğıclar həmin ərazilərdə Ualın başının, ayaqlarının, paltarlarının, biçağın və “ağır dəmir metal parçaları” olan torba tapıblar.

30 yaşı olan Ual Nyu York və Çində müstəqil jurnalist kimi fəaliyyət göstərirdi.