Bərdə rayonunun Güloğlular kəndində ümumi sahəsi 286 m² olan ikimərtəbəli evdə partlayış hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Open.az-a verilən məlumata görə, hadisə evin 1-ci mərtəbəsində sahəsi 52 m² olan otaqda quraşdırılan yanacaq sobası olub. Yanğın nəticəsində ətrafa dağılmış yanacaq və otağın tavanı qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə zamanı 1 nəfər xəsarət alıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.