Bərdədə yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Open.az-a verilən məlumata görə, rayonun Şatırlı kəndində ümumi sahəsi 35 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.